www.science.az
15.11.2016 09:56

Türkiyənin Katip Çelebi Universiteti ilə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Türkiyənin Katip Çelebi Universitetinin rektoru, professor Galip Akhan və rektorun köməkçisi, professor İbrahim Kocabaş AMEA-nın akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar.

Bu elmi müəssisənin direktoru, akademik Vaqif Abbasov qonaqlara institutun fəaliyyət istiqamətləri, burada aparılan araşdırmalar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Görüşdə birgə elmi-tədqiqat işlərinin aparılması, yanacaq, alternativ enerji, farmakaloji kimya üzrə kadr hazırlığı və digər məsələlər müzakirə olunub.

Sonda türkiyəli qonaqlar institutda akademik Y.H.Məmmədəliyevin Memorial Muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.