www.science.az
14.11.2016 12:09

Akademik Vaqif Abbasov ADNSU-nun tələbələri ilə görüşüb

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya texnologiyası və mühəndisliyi fakültəsinin seçilmiş 50 tələbəsi ilə görüşüb.

Görüşdə akademik V.Abbasov tələbələrə neftin ilkin emalı, əmtəə neft məhsulları və neft-kimya sintezi sahəsində əldə olunan yeniliklərdən danışıb.

İnteraktiv müzakirələrdə daha fəal iştirak edən on tələbə müasir elmi ədəbiyyatdan ibarət kitablarla mükafatlandırılıb.

Sonra akademik V.Abbasov tələbələrə tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir