Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  direktoru İranda beynəlxalq konfransda iştirak edib
10.11.2016 10:11
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru İranda beynəlxalq konfransda iştirak edib

Noyabrın 5-də İran İslam Respublikasının Yəzd şəhərində UNESCO-nun “Qədim Hidravlik  Sistemlər - Kəhrizlər” üzrə Beynəlxalq dövlətlərarası idarə heyətinin  VIII  konfransı  keçirilib.  Beynəlxalq tədbirdə ölkəmizi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  direktoru, həmin idarə heyətinin  üzvü, professor Əlövsət Quliyev təmsil edib. 

Arid iqliminə malik kəhriz yayılmış ölkələrin nümayəndələrinin iştirak etdiyi konfransda Ə.Quliyev “Qafqazın və Orta Asiyanın arid iqlimə malik ölkələrinin kəhrizlərin mövcud vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi beynəlxalq konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: