www.science.az
10.11.2016 09:52

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyi qeyd olunacaq

Noyabr ayının 15-də saat 11:00-da AMEA-nın Əsas binasının Dairəvi zalında akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək.

Tədbirdə kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi – tədqiqat işlərinin nəticələri və gələcək perspektivləri müzakirə olunacaq. Tədbir çərçivəsində müvafiq seksiyalar üzrə 25 şifahi məruzənin dinlənilməsi, 185 posterin nümayişi nəzərdə tutulub.

Konfransda “Akademik M.Nağıyev qiraətləri” mövzusunda gənc alimlərin çıxışları olacaq. Bundan başqa gənc tədqiqatçılara “Akademik Murtuza Nağıyev“ mükafatı təqdim ediləcək.

Konfransın proqramı   institutun  saytında yerləşdirilmişdir :www.kqkiamea.az

Ünvan: Bakı ş., H.Cavid pr., 115 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.