Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tanınmış dilçi alimin yubileyinə həsr edilən kitab çapdan çıxıb
08.11.2016 09:40
  • A-
  • A
  • A+

Tanınmış dilçi alimin yubileyinə həsr edilən kitab çapdan çıxıb

AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətlinin “Gözəlliyin tərcümanı, yaxud “Xoşbəxt o kəsdir ki...” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Ədəbiyyatşünas alimin “Bilənlərə salam olsun!” silsiləsindən qələmə aldığı bu elmi-publisistik kitab görkəmli mətnşünas,  tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunub.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Mayıl Əsgərovdur. Kitabda M.Nağısoylunun zəngin elmi-ədəbi yaradıcılığı və müəllifin bu alimlə apardığı müsahibələr, mətbuat səhifələrində onun haqqında dərc edilmiş portret yazıları yer alıb.

Nəşrə görkəmli alimin ömür yolunu əks etdirən fotoalbom da əlavə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: