Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2016 11:28
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

Azərbaycanlı alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, pedaqoji elmlər namizədi, dosent Sabir Tağıyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib. O, həmçinin beynəlxalq qızıl ulduz medalı ilə təltif olunub.

S.Tağıyev fəxri ada və beynəlxalq mükafata Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə, türk dünyası elminin və mədəniyyətinin tərəqqisindəki xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, S.Tağıyev 200-dən çox məqalənin, 10-dək kitabın müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, bir sıra beynəlxalq və yerli elmi konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələrlə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: