www.science.az
04.11.2016 16:20

İsrailli nümayəndələrlə suvarmada qabaqcıl texnologiyaların tətbiqinə dair müzakirələr aparılıb

İsraillin “İRRİGATOR” suvarma texnologiyaları şirkətinin inkişaf direktoru Sergey Alba və layihələr üzrə meneceri Andrey Poquça AMEA-nın Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda olublar. 

Qonaqları salamlayan institutun direktoru, professor Əlövsət Quliyev rəhbərlik etdiyi müəssisənin elmi-tədqiqat istiqamətləri, həyata keçirilən müştərək layihələr və onların icra vəziyyəti barədə məlumat verib.

Görüşdə suvarmada qabaqcıl texnologiyaların tətbiqi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və səmərəli istifadəsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin müasir suvarma texnologiyalarının Azərbaycanda da tətbiq olunması və birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Sonda israilli qonaqlar “Yeraltı damla suvarma”  mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.