www.science.az
03.11.2016 14:11

Bakıdakı Misir Mədəniyyət Mərkəzinin sədri AMEA-nın Naxçıvan Bölməsində olub

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi AMEA-nın Naxçıvan Bölməsində olub.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli qonağa bölmənin fəaliyyət istiqamətləri, burada aparılan araşdırmalar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Əhməd Sami Elaydi ölkələrimiz arasında genişlənən əlaqələrin çoxşaxəli olduğunu bildirərək, mədəniyyət və təhsil sahəsindəki əlaqələrin hazırkı vəziyyətindən danışıb.

Görüşdə birgə əməkdaşlıq perpektivləri müzakirə olunub.

Sonda qonağa bölmə əməkdaşlarının kitabları hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.