Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması üzrə silsilə seminarlar təşkil olunacaq
03.11.2016 10:04
  • A-
  • A
  • A+

İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması üzrə silsilə seminarlar təşkil olunacaq

8, 18 və 22 noyabr 2016-cı il tarixlərində AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü,  Gənc Alim və Mütəxəssislər Şurası  və  Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə silsilə seminarlar keçiriləcək.

Məqsəd innovasiya fəaliyyətinin, elm-istehsalat əlaqələrinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələrin öyrənilməsi, o cümlədən, AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilən innovativ layihələrlə tanışlıqdır.

Seminarlar AMEA-nın Mərkəzi Elmi Kitabxanasında aşağıdakı tarixlərdə müvafiq bölmələr üzrə keçiriləcək:

- 8 noyabr 2016-ci il tarixində Kimya və Yer Elmləri bölmələri,

- 18 noyabr 2016-ci il tarixində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi,

- 22 noyabr 2016-ci il tarixində isə Biologiya və Tibb Elmləri Bölməsi

Tədbirdə bölmələr üzrə müvafiq institutların elmi katibləri, elmi işlər üzrə müavinləri, gənc alim və mütəxəssilər, innovasiya sahəsi üzrə məsul şəxslər, elmi-tədqiqat və innovasiya sahəsində çalışan mütəxəssislər, AMEA-nın Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərən layihə müəllifləri, eləcə də beynəlxalq proqramlarda iştirak edən milli əlaqələndiricilər və magistrlər iştirak edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər Kimya və Yer Elmləri Bölmələri üçün 4 noyabr,  Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üçün 16 noyabr və Biologiya və Tibb Elmləri Bölməsi üçün 18 noyabr tarixilərinədək https://goo.gl/forms/DrgE7WLBs4aqr1JJ3 ünvanında qeydiyyatdan keçməlidirlər. İştirak barədə müvafiq elmi bölmələrə məlumat vermək tələb olunur.

Telefon: (+994 12) 492 58 87

Email: innovation@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: