Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun  məktəblilərlə  görüşü keçirilib
01.11.2016 09:36
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun məktəblilərlə görüşü keçirilib

Oktyabrın 31-də II Azərbaycan Elm Festivalı çərçivəsində  Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun məktəblilərlə görüşü keçirilib. 

“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” mövzusu ətrafında keçirilən tədbirdən öncə məktəblilər institutun elmi nailiyyətlər sərgisi ilə tanış olublar. Sərgidə institutun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində keçirilmiş müsabiqələrində qalib olan şagirdlərin əl işləri də nümayiş etdirilir.

Azərbaycanın dövlətçilik tarixindən və tarixi şəxsiyyətlərindən bəhs edən AMEA-nın müxbir üzvü Y.Mahmudov bildirib ki, tarixin müxtəlif dövrlərində qüdrətli dövlətlər yaradan xalqımız bu gün müstəqil dövlətçiliyimizin bərpasının 25 illiyini qeyd edir. O, şagirdlərə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində uğurla həyata keçirilən işlər barədə məlumat verib. Ulu öndərin məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu inkişafın Azərbaycanda cərəyan edən bütün proseslərdə özünü büruzə verdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: