Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.10.2016 15:42
  • A-
  • A
  • A+

“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” layihəsi həyata keçirilir

“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” layihəsi həyata keçirilir

Oktyabrın 28-də AMEA Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Respubikası Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbdə dahi şairimiz Hüseyn Cavidin yaradıcılıq irsinin təbliği məqsədilə tədbir keçirilib.

Tədbir muzeyin əməkdaşı Fəridə Əliyevanın rəhbərlik etdiyi və Gənclər Fondunun maliyələşdirdiyi “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği”adlı layihə çərçivəsində reallaşdırılıb. Layihənin məqsədi yeniyetmə və gənclər arasında böyük şair və dramaturq Hüseyn Cavidin zəngin ədəbi irsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, bədii təfəkkürlərinin zənginləşdirilməsidir.

Tədbirdə dramaturqun janr və məzmun baxımından zəngin olan yaradıcılıq irsi barədə məktəblilərə ətraflı məlumat verilib, ədibin əsərlərindən nümunələr səsləndirilib.

Layihə əsasında yeni çapdan çıxmış “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı məktəblilərə hədiyyə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: