Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinə yeni eksponat hədiyyə olunub
28.10.2016 14:34
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə yeni eksponat hədiyyə olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə 1917-1918-ci illərdə Qafqaz İslam ordusunun tərkibində döyüşən Türkiyə vətəndaşı Əhməd Əlioğluna məxsus oraq hədiyyə olunub. Eksponatı muzeyə onun nəticəsi Maşidə Məmiş Nimət qızı  bağışlayıb.

Orağın metal hissəsinin üzərində döymə üsulu ilə nəbati ornamentlər və 1938-ci il tarixi  həkk olunub. Oraq Türkiyə-Azərbaycan qardaşlıq tarixini əks etdirən dəyərli eksponat kimi muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda qorunub saxlanılır.

Məlumat üçün qeyd edək ki, Əhməd Əlioğlu Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda əsir olaraq saxlanılıb. Əsirlikdən xilas olduqdan sonra isə o, Türkiyəyə qayıdıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: