Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Kürdəmir rayonunda “Mahmud ağa məclisi” adlı tədbir keçiriləcək
27.10.2016 16:47
  • A-
  • A
  • A+

Kürdəmir rayonunda “Mahmud ağa məclisi” adlı tədbir keçiriləcək

Oktyabrın 29-da AMEA Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsinin təşkilatçılığı ilə Kürdəmir rayonunda Mahmud ağa Məmmədzadənin 190 illik yubileyinə həsr olunan “Mahmud ağa məclisi” adlı tədbir keçiriləcək.

Görkəmli şair, maarifçi  Seyid Əzim Şirvaninin “Beytüs-səfa” ədəbi məclisinin dəstəkçisi və himayəçisi olmuş Mahmud ağa Məmmədzadənin yubiley məclisində respublikanın tanınmış elm və incəsənət xadimləri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd milli dəyərlərimizə, sərvətlərimizə sahib çıxmaq və mədəniyyətimizi təbliğ etməkdir.

Məclisin aparıcısı Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: