www.science.az
27.10.2016 15:45

“Şauder bazisinin bəzi ümumiləşmələri haqqında” adlı monoqrafiya nəşr olunub

Rizyaziyyat və Mexanika İnstitutunun Qeyri harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun elmi redaktorluğu ilə “Şauder bazisinin bəzi ümumiləşmələri haqqında” adlı monoqrafiya nəşr olunub. Monoqrafiyanın müəllifləri r.ü.e.d. Yaqub Məmmədov, r.ü.f.d. Tofiq Nəcəfov və r.ü.f.d. Səbinə Sadıqovadır. 

Yaxınlaşma nəzəriyyəsinin vacib istiqamətlərindən olan bazislərə həsr edilən yeni nəşrdə nilpotent və idempotent operatorların yaratdığı analitik funksiyalar üçün Koşi nəzəriyyəsinin bəzi ümumiləşmələri yer alıb. Kitabda təklif olunan nəzəriyyədən istifadə olunaraq bazislər nəzəriyyəsinin uyğun anlayışları müəyyən edilib və əsas klassik faktların doğruluğu isbat olunub. Monoqrafiyada, həmçinin analitik funksiyalar nəzəriyyəsinin Riman sərhəd məsələsinin bir abstrakt ümumiləşməsinə nəzər salınıb, uyğun bazis anlayışları daxil edilib və bazislik məsələlərinin öyrənilməsinə sərhəd məsələsi metodu tətbiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.