Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cəlil Məmmədquluzadə haqqında xatirələr kitabı ABŞ-da çapdan çıxıb
25.10.2016 10:43
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadə haqqında xatirələr kitabı ABŞ-da çapdan çıxıb

ABŞ-ın “Vaşiqton DC” nəşriyyatında Həmidə xanım Cavanşirin həyat yoldaşı, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında xatirələr kitabı çapdan çıxıb.

Əsəri ingilis dilinə azərbaycanlı tədqiqatçı Həsən Cavadi və amerikalı alim Vilem Floor  tərcümə edib.

“1907-1931-ci illərdə Qafqazda və İranda nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalının redaktorunun həyat və yaradıcılığı haqqında müsəlman qadının xatirələri. Həmidə xanım Cavanşir” adlanan kitab Cəlil Məmmədquluzadənin həyatını əks etdirən fotolar və “Molla Nəsrəddin” jurnalının illüstrasiyaları ilə zəngindir. Kitabın sonunda əsərin müəllifi dramaturqun həyat yoldaşı Həmidə xanım Cavanşirin həyat və yaradıcılığı barədə məlumat verilib.

Həsən Cavadi kitabın bir nüsxəsini AMEA-nın Məmməd Füzuli adına Əlyazmalar İnstitutuna göndərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: