Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın müasir riyaziyyat elminin sələfləri” kitabı işıq üzü görüb
25.10.2016 14:29
  • A-
  • A
  • A+

“Azərbaycanın müasir riyaziyyat elminin sələfləri” kitabı işıq üzü görüb

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prometey” nəşriyyatında Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və Elmi-texniki informasiya şöbəsinin müdiri professor Ramiz Aslanovun həmmüəllifi olduqları “Azərbaycanın müasir riyaziyyat elminin sələfləri” kitabı işıq üzü görüb. Yeni nəşr Azərbaycan riyaziyyat məktəbinin yaradıcıları və görkəmli nümayəndələrinin həyat və fəaliyyətlərinə həsr edilib. 

Nəşrin rəyçiləri məşhur müasir riyaziyyatçı alimlər - Tatarıstan Elmlər Akademiyasının müxbir üzvü S.R.Nasırov, professor Y.A.Qorin və pedaqoji elmlər doktoru  M.İ.Şabunindir.

Kitab tələbələr, magistrantlar, doktorantlar, riyaziyyat müəllimləri, mühəndis-texniki və elmi işçilər, həmçinin Azərbaycanın görkəmli riyaziyyatçılarının yaradıcılıq irsi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Yeni nəşrdən “Riyaziyyat tarixi” fənninin tədrisində də əlavə material kimi istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: