www.science.az
24.10.2016 11:20

Pedaqogika sahəsində yeni dərs vəsaiti nəşr olunub

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimovun “Ümumi pedaqogika (Nəzəriyyə, pedaqoji görüşlər, sivilizasiya çağırışlarına istiqamətlənmə)” adlı dərs vəsaiti nəşr olunub.

Nəşrin elmi redaktoru professor Rüfət Hüseynzadə, rəyçiləri professor Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktorları Ramiz Məmmədzadə və Kamil Adışirinovdur.

Dərs vəsaitində yeni pedoqoji texnologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə yanaşma yeni pedoqoji təfəkkürü ümumiləşdirmiş şəkildə şərh etdirir. Həmçinin pedaqogikanın nəzəri və praktiki məsələləri, pedaqoji fikrin inkişafına dair materiallar təqdim olunur.

Dərs vəsaitindən İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr, magistr və doktorantlar, ümumtəhsil məktəblərinin müəllimləri, pedaqogika ilə maraqlananlar faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.