Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
24.10.2016 09:23
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

Noyabrın 2-də saat 11:00-da AMEA-nın Əsas binasında Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə görkəmli filosof, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın 25 illiyi və elmi-fəlsəfi irsimiz” mövzusunda elmi konfrans keçiriləcək.

Tədbirdə “Zakir yaxın dost və gözəl alim kimi”, “Görkəmli filosof – Zakir Məmmədov”, “Zakir Məmmədov: yaddaşlarda, düşüncələrdə, xatirələrdə”, “Azərbaycan fəlsəfi fikrini qoruyan və gələcəyə ötürən şəxsiyyət” və s. mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: