Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin həmmüəllifi olduğu kitabın təqdimatı keçirilib
19.10.2016 09:12
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin həmmüəllifi olduğu kitabın təqdimatı keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev dünyanın aparıcı ekspertləri tərəfindən yazılmış “Dünyanın yeraltı su mənbələri haqqında məlumat kitabı”nın müəlliflərindən biri kimi çıxış edib.

Otuz fəsildən, 536 səhifədən ibarət bu nəşr dörd qitənin 26 ölkəsindən olan müxtəlif elm sahələri üzrə 66 müəllif tərəfindən hazırlanıb. Ə.Quliyevin kitabda “Qafqazın və Mərkəzi Asiyanın arid ölkələrində kəhriz sistemlərinin inkişafı” adlı məqaləsi yer alıb.

Kitabda dünya üzrə kəhrizlərin əsas mühəndislik nailiyyətləri, davamlı inkişafa və ətraf mühitə tətbiq edilə bilən, çirkab su texnologiyaları və idarəetmə ilə bağlı dəyərli məlumatlar, kəhriz sistemlərinin əsas texniki göstəriciləri təqdim olunub, hidravlik xüsusiyyətlərin (uzunluq, sərf, istismar və texniki xidmət və s.) müqayisəsi, həmçinin dünyanın müxtəlif regionlarının kəhriz texnologiyaları nəzərdən keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: