Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yeni Azərbaycan Partiyası Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
17.10.2016 17:34
  • A-
  • A
  • A+

Yeni Azərbaycan Partiyası Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

AMEA Naxçıvan Bölməsində Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər Təşkilatının iştirakı ilə bölmənin müəssisədənkənar ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 1990-93-cü illərdə ölkədəki mövcud vəziyyətdən, Azərbaycan xalqının ictimai-siyasi tarixində müstəsna yeri, əhəmiyyətli fəaliyyəti və əvəzedilməz xidmətləri olan YAP-ın yaranma tarixindən, eyni zamanda partiyanın keçdiyi tarixi inkişaf yolundan danışıb.

Natiq Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin Azərbaycana böyük uğurlar gətirdiyini və onun əbədiyaşar ideallarının bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirildiyini bildirib.

Sonra Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu gün öz ətrafında ölkə ərazisində 650 mindən, Naxçıvan Muxtar Respublikasında 51 mindən, Naxçıvan şəhərində isə 16 mindən çox üzvü birləşdirərək ali ideallar uğrunda böyük quruculuq, yenidənqurma işləri həyata keçirir. YAP AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının sıralarında bu gün 121 nəfər partiya üzvü fəaliyyət göstərir.

"Üzvlərimiz muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər" - deyə söyləyən Orxan Bağrov qeyd edib ki, ötən müddət ərzində Təşkilatın ümumi yığıncaqları keçirilib, müxtəlif təşkilati, cari məsələlərə baxılıb, lazımi qərarlar qəbul edilib. Ərazi ilk təşkilatı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının qarşıya qoyduğu vəzifələrin məsuliyyətlə həyata keçirilməsinə səy göstərib.

Sonra hesabat ətrafında çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel TalıbovTarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və başqaları AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işlərə dair hesabatını qənaətbəxş hesab ediblər, xüsusilə gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının növbəti tədbirinə nümayəndələr seçilib.

Tədbirdə çıxış edən YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu və müstəqil Azərbaycanın əbədiliyini təmin etdiyini bildirib. Qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: