Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.10.2016 10:25
  • A-
  • A
  • A+

Rusiyalı tələbələr yay təcrübələrini Neft-Kimya Prosesləri İnstitutunda keçirməyə maraq göstərirlər

Rusiyalı tələbələr yay təcrübələrini Neft-Kimya Prosesləri İnstitutunda keçirməyə maraq göstərirlər

Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin müxtəlif fakültələrinin 10-dan çox tələbəsi AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda olub.

Bu elm müəssisəsinin direktoru, akademik Vaqif Abbasov tələbələrlə görüşüb, onlara müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, qazanılan uğurlar haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonra rusiyalı tələbələr akademik Yusif Məmmədəliyevin xatirə muzeyi ilə tanış olublar.

Tələbələr gələn il yay təcrübələrini Neft-Kimya Prosesləri İnstitutunda keçirməkdə maraqlı olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: