Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2016 14:35
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib

Mərkəzi Nəbatat Bağının əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib

“Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarına əsasən AMEA Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Kərəm Əsədov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu ilə təltif olunub.

Alim bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin biologiya elminin inkişaf tarixində əvəzsiz xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, K.Əsədov Kiçik Qafqazda meşə tiplərinin müəyyənləşdirilməsi, Azərbaycan meşələrinin yabanı meyvə bitkilərinin xəritəsinin tərtibi, yabanı meyvələrin qruplara görə fenoloji fazalarının tədqiq edilməsi sahəsində uğurlu elmi-tədqiqatlar aparmış, ümümilikdə 102 elmi əsərin və 8 monoqrafiyanın müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: