Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Midhət Abasovun 90 illiyi münasibətilə tədbir keçiriləcək
13.10.2016 14:27
  • A-
  • A
  • A+

Akademik Midhət Abasovun 90 illiyi münasibətilə tədbir keçiriləcək

Oktyabrın 14-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və böyük elm təşkilatçısı, Azərbaycan dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Midhət Abasovun anadan olmasının 90 illiyi münasibətilə tədbir keçiriləcək.

Tədbirdə “Neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alim”, “Neft və qaz yataqlarının işlənilməsi sahəsində akademik Midhət Abasovun elmi məktəbi və onun nailiyyətləri”, “Akademik M.Abasovun Azərbaycanda neftqaz yataqlarının hidroqazdinamikası elmi sahəsində yaratdığı elmi məktəb və onun nailiyyətləri” mövzusunda məruzələr dinləniləcək.

Ünvan: Bakı ş., H.Cavid pr., 129.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: