www.science.az
13.10.2016 09:25

İsrailli mütəxəssislər seysmologiya sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar

İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Meir Zadok və Veyzman İnstitutunun immunologiya fakültəsinin professoru Rut Arnon AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.

Qonaqlarla keçirilən görüşdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Vurğulanıb ki, hazırda mərkəz bütün beynəlxalq seysmoloji təşkilatlarda təmsil olunur və dünyanın aparıcı ölkələri ilə yaxından əməkdaşlıq edir.

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzində görülən işlərə dair təqdimat olub.

Azərbaycanda seysmologiya sahəsində görülən işləri müsbət dəyərləndirən qonaqlar mərkəz ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.