www.science.az
12.10.2016 17:35

“Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda tədbir keçiriləcək

Oktyabrın 14-də AMEA Rəyasət Heyətində “Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda elmi konfrans keçiriləcək.

Tədbirdə “Müstəqil dövlətçiliyin Azərbaycan modeli”, “Müstəqillik illərində multikulturalizm və tolerantlıq”, “ Azərbaycanda dövlət müstəqilliyinin başlanğıc dövrü: çaşqınlıqdan inama və inkişafa doğru”, “İqtisadi böhrandan sabitliyə, müstəqil dövlət quruculuğuna, islahatlara və inkişafa” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç. 30.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.