Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

12.10.2016 14:11
  • A-
  • A
  • A+

“Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsinə start verilib

“Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsinə start verilib

Oktyabrın 12-də “Tusi-Bohm” Planetariumunda “Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsinə start verilib. 3 ay davam edəcək layihə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının, AR Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə reallaşıb.

Layihə çərçivəsində Bakı şəhər məktəblərindən seçilmiş 3500 şagirdə kosmosa, astronomiyaya aid maraqlı mühazirələr oxunacaq, həmçinin cəlbedici elmi şoular nümayiş etdiriləcək.

Qeyd edək ki, layihənin ilk günü məktəblilər Ümumdünya Kosmos Həftəsi çərçivəsində Planetariumda təşkil olunmuş xüsusi proqramla və həvəskar astronomların əl işlərindən ibarət fotosərgi ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: