www.science.az
11.10.2016 10:37

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 7-ci iclası keçirilib.

İclasda 2-si elmlər doktorluğu, 10-u isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 12 dissertasiya mövzusu müzakirə olunub.

Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə əyani doktorantı Nurlanə Məmmədovanın “Məsud Əlioğlunun ədəbiyyatşünaslıq fəaliyyəti və ədəbi-tənqidi görüşləri” mövzusu “Məsud Əlioğlunun ədəbi-tənqidi görüşləri” adlı altında doktoranturadakı ixtisas şifri nəzərə alınaraq Ali Attestasiya Komsiyasının mövzuya etiraz etməyəcəyi şərti ilə təsdiq edilib. Nəsimi adına Dilçilik İnstitutunun fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə dissertantı Sevinc Şükürlünün “İngilis dilində yaxşı və pis konseptlərinin verballaşması (Azərbaycan dili ilə müqayisədə)” mövzusunun adında düzəliş edilərək “İngilis dilində yaxşı və pis konseptləri” şəklində təsdiq edilib.

Beləliklə, iclasda 3-nün adında dəyişiklik edilməklə, 5 dissertasiya mövzusu təsdiq edilib. 7 nəfərin mövzusu isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Cəlil Nağıyev, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Nadir Məmmədli, Şəfəq Əlibəyli çıxış edərək, fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.