www.science.az
11.10.2016 10:30

Ali məktəblər üçün “Sitologiya” adlı dərs vəsaiti çapdan çıxıb

Biologiya üzrə fəlsəfə doktoru, dosent Məryəm Şəfiyeva və aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Amaliya Qarayevanın ali məktəblər üçün “Sitologiya” adlı dərs vəsaiti çapdan çıxıb.

Dərs vəsaiti Sumqayıt Dövlət Universitetinin Botanika kafedrasında tədris olunan “Sitologiya” fənninin proqramına əsasən yazılıb.

Nəşrin elmi redaktoru b.ü.f.d. Nizami Namazov, rəyçiləri akademik Məhərrəm Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya kafedrasının dekanı, b.e.d. Yusif Əhmədov, Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya və sitologiya kafedrasının professor Habil Muradovdur.

Dərs vəsaitində “Prokariotlar: Eubakteriyalar və arxeylər”, “Eukariot hüceyrələr”, “Hüceyrənin kimyası: qeyri-üzvi və üzvi molekullar”, “Hüceyrə səthinin qlafı: plazma membranı və qlikokaliks”, “Hüceyrə skeleti və funksiyası”, “Ribosomlar və zülal sintezi” və digər bölmələr üzrə məlumatlar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.