Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması nəzərdə tutulur
11.10.2016 10:06
  • A-
  • A
  • A+

AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması nəzərdə tutulur

AMEA-da həyata keçirilən elektron elm layihəsi çərçivəsində bu istiqamətdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (RETƏŞ) üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzularının reyestri” informasiya sistemlərinin yaradılması nəzərdə tutulur.

Bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov institutun elmi şurasının iclasında məlumat verib.

İnformasiya sistemlərinin yaradılmasının konseptual məsələlərini, arxitektur prinsiplərini nəzərə çatdıran R.Ələkbərov verilənlər bazalarının AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində yerləşdiriləcəyini və online rejimdə istismar ediləcəyini söyləyib.

Vurğulanıb ki, informasiya sistemlərinin yaradılması elmdə idarəetmə qərarlarının qəbul edilməsinə dəstəyin təmin olunmasında, elmi tədqiqatlarda təkrarçılığın aşkarlanmasında, aparılan araşdırmaların və büdcə vasitələrinin istifadəsinin səmərəliliyinin artırılmasında, bibliometrik və elmmetrik təhlillərin aparılmasında, elmi qurumların fəaliyyətlərinin qiymətləndirməsində, həmçinin operativlik, dəqiqlik və şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: