Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” monoqrafiyası nəşr olunub
11.10.2016 09:36
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” monoqrafiyası nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Hеydər Əliyеvin əziz xatirəsinə həsr olunan “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” monoqrafiyası çapdan çıxıb.

Kitab giriş, dörd fəsil və nəticədən ibarətdir. XX əsrin 80-ci illərinin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, erməni təcavüzü, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı, demokratik dəyişikliklər, Ümummilli Liderin Naxçıvan Muxtar Respublıkası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın müdafiəsinin təşkili, blokadadan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də müstəqilliyin möhkəmləndirilməsi sahəsində əldə olunan uğurlar nəşrin başlıca məzmununu təşkil edir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilən monoqrafiyada muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi inkişafı arxiv sənədlər, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyatlar əsasında şərh olunur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş illik yubileyi ərəfəsində geniş oxucu kütləsinə təqdim olunan 360 səhifəlik kitabda XX əsrin 80-ci illərinin sonlarında Naxçıvan Muxtar Respublıkasının çətin və mürəkkəb vəziyyəti, burada başlanan milli-demokratik hərəkat, məkrli ermənilərin ərazi iddiaları və silahlı müdaxilələri, habelə baş verən ictimai-siyasi proseslər xronoloji ardıcıllıqla ümumiləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: