Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycan və Fransa arxeoloqları birgə qazıntı işləri aparacaqlar
10.10.2016 09:18
  • A-
  • A
  • A+

Azərbaycan və Fransa arxeoloqları birgə qazıntı işləri aparacaqlar

Gələn il Azərbaycan və Fransa arxeoloqları Goranboy və Tovuz rayonlarında arxeoloji qazıntı işləri aparacaqlar.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Fransa Elmi Araşdırmaları Milli Mərkəzi arasında birgə tədqiqatlarla bağlı razılaşmaya uyğun olaraq, arxeoloji tədqiqatları Azərbaycan tərəfindən institutun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Müzəffər Hüseynov, Bəxtiyar Cəlilov, Fransa tərəfindən professor Bertille Lyonnett və Culio Palumbi aparacaqlar.

Artıq Goranboy və Tovuz rayonları ərazisində arxeoloji tədqiqatlar üçün ilkin işlər görülüb, xeyli arxeoloji material toplanılıb.

Bu rayonların ərazisindəki son eneolit və ilk tunc dövrü abidələrində birgə geniş arxeoloji qazıntıların davam etdirilməsi nəzərdə tutulub.

Tədqiqatlar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri Avropanın qabaqcıl laboratoriyalarında analiz ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: