www.science.az
10.10.2016 09:13

“Hüseyn Cavid və müasir gənclik” mövzusunda elmi konfrans keçiriləcək

Oktyabrın 21-də saat 11:00-da AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 134-cü ildönümünə həsr edilən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə təşkil olunan tədbirdə “Hüseyn Cavid lirikasının novatorluğu”, “Hüseyn Cavid irsində ətraf mühit gözəlliyinin bədii tərənnümü”, “Azərbaycan türkcəsi, Türkiyə türkcəsi və Hüseyn Cavid türkcəsi”, “Hüseyn Cavidin estetik idealı” və digər mövzularda ümumilikdə 30 məruzə dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.