Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək
04.10.2016 17:16
  • A-
  • A
  • A+

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək

10-11 oktyabr 2016-cı il tarixlərində saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Beynəlxalq tədbirdə “Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri”, “Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü (Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı)”, “Məhəmmədəli Rəsulzadə və Azərbaycan klassik ədəbiyyatı”, “Səməd Vurğun və Azərbaycan mühacirət poeziyası”, “Səlim Rəfiqə görə divan ədəbiyyatında məhəlli və ictimai problemlər” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Tədbir çərçivəsində “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı da olacaq.

 Ünvan: Bakı şəhəri, Hüseyn Cavid pr. 129.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: