Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.10.2016 13:44
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyev Çində ehtimal nəzəriyyəsi və tətbiqi statistikanın müasir problemlərinə dair mühazirələr oxuyub

Akademik Asəf Hacıyev Çində ehtimal nəzəriyyəsi və tətbiqi statistikanın müasir problemlərinə dair mühazirələr oxuyub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, akademik Asəf Hacıyev 25 sentyabr – 1 oktyabr 2016-cı il tarixlərində Çin Xalq Respublikasında elmi ezamiyyətdə olub.

Səfər Çinin Siçuan Universiteti və Honkonq Şəhər Universitetinin dəvəti ilə baş tutub.

Sentyabrın 26-da akademik A.Hacıyev Honkonq Şəhər Universitetində təşkil olunan seminarda çıxış edib. Toplantıda tətbiqi statistikanın müasir problemləri müzakirə olunub, müxtəlif ölkələrin alimləri son illərdə əldə olunan mühüm elmi nəticələrə dair fikir mübadiləsi aparıblar.

Sentyabrın 28-də isə azərbaycanlı alim Çinin Siçuan Universitetində Beynəlxalq Məsləhətçilər Şurasının iclasında iştirak edib. Tədbirdə səsvermə yolu ilə şura üzvlərinin seçkisi keçirilib. 29 nəfərdən ibarət Beynəlxalq Məsləhətçilər Şurasına ABŞ-ın Harvard Universitetinin professoru, Nobel mükafatı laureatı Cek Şozzek, Harvard Universitetinin professoru Leonard Van der Kujip, ABŞ-ın Keys Vestern Reserv Universitetinin prezidenti Cefri Dyueklə yanaşı, akademik Asəf Hacıyev də üzv seçilib.

Azərbaycanlı alim, həmçinin Siçuan Univesitetində mühazirələr oxuyub, ehtimal nəzəriyyəsi və tətbiqi statistika sahəsində əldə etdiyi son nəticələri təqdim edib.

Tədbirdə ABŞ, Yaponiya, Cənubi Koreya universitetlərinin tanınmış alimləri ilə birgə elmi araşdırmaların aparılması yolları müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: