Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan və Rusiya elmi qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
03.10.2016 12:26
  • A-
  • A
  • A+

Azərbaycan və Rusiya elmi qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, rusiyalı professor, hüquq elmləri doktoru Yuri Baturin AMEA-nın Elm Tarixi İnstitutunda olub.

Görüşdə bu elm müəssisəsinin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli rəhbərlik etdiyi qurumun elmi perspektivlərindən, burada aparılan elmi-tədqiqat işlərindən danışıb.

Söhbət zamanı Y.Baturin Elm Tarixi İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Təbiətşünaslıq və Texnika Tarixi İnstitutu arasında əməkdaşlıqdan, elm tarixinin aktual problemlərindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: