Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun “Uyğunlaşdırmanın bəzi məsələləri” adlı monoqrafiyası nəşr olunub.
“Elm” nəşriyyatında çapdan çıxşmış monoqrafiyaya approksimasiya və bazislər nəzəriyyəsinin bəzi aspektləri daxil edilib. Kitabda sonlu və sonsuz fəza hallarında approksimasiya nəzəriyyəsinin əsas anlayış və faktları yer alıb. Həmçinin tenzor hasillər, bixətli inikaslar, alt fəzalar və digər istiqamətlərdə bazislərin bəzi ümumiləşmələri daxil edilib. Yeni nəşrdə freymlər və onların həyəcanlanması nəzəriyyəsinin əsas aspektləri də öz əksini tapıb.
Monoqrafiyadan riyaziyyat ixtisası üzrə təhsil alan tələbələr, doktorantlar, eləcə də yaxınlaşma nəzəriyyəsi, differensial operatorların spektral nəzəriyyəsi və digər sahələrlə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.