Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin monoqrafiyası Rusiyada çapdan çıxıb
27.09.2016 09:36
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin monoqrafiyası Rusiyada çapdan çıxıb

AMEA-nın İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyevin Rusiyada “Azərbaycan sənayesinin innovativ inkişafı” adlı kitabı çapdan çıxıb.

Monoqrafiyada Azərbaycanın neft emalı, kimya və neft-kimya sənayesinin innovativ inkişafının müasir vəziyyəti və perspektivləri öz əksini tapıb.

Yeni nəşr sənayedə innovasiya fəaliyyəti problemləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər, müəllimlər, doktorantlar və magistrlar üçün nəzərdə tutulub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: