Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri AMEA-da olublar
23.09.2016 16:47
  • A-
  • A
  • A+

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri AMEA-da olublar

Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin birinci kurs tələbələrinin bir qrupu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda olublar.

Tələbələr institutun laboratoriyalarını gəzib, alimlərlə söhbət ediblər. Onlar akademik Y.H.Məmmədəliyevin momerial muzeyi ilə də tanış olublar.

Sonra tələbələr institutun direktoru akademik Vaqif Abbasov ilə görüşüblər. Tələbələrin istək və arzuları dinlənilib, onlara tövsiyələr verilib.

Görüşdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili, kimya elmləri doktoru, professor Elmira Süleymanova da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: