www.science.az
22.09.2016 09:15

AMEA ilk dəfə Almaniyada təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi edəcək

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “RISE worldwide” (https://www.daad.de/rise-worldwide/) adlanan proqramı artıq səkkiz ildir ki, fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilk dəfə bu proqramda iştirak üçün dəvət olunub.

Akademiya 2017-ci ildə Almaniya universitetlərində biologiya, kimya, fizika, yer elmləri və mühəndislik sahələri üzrə təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi etmək imkanı əldə edir.

Proqramla əlaqədar DAAD tərəfindən AMEA-da seminar keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.