Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq konqresdə plenar məruzə edib
21.09.2016 11:56
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konqresdə plenar məruzə edib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov 12-16 sentyabr 2016-cı il tarixlərində Ukraynanın Odessa şəhərində keçirilən “Orqanizmlərin ekspremental təkamülünün amilləri” mövzusunda beynəlxalq konqresdə iştirak edib. Beynəlxalq tədbirdə o, “Natrium xloridin bərk və yumşaq buğda genotiplərinin morfofizioloji proseslərinə və məhsuldarlığına təsiri” mövzusunda plenar məruzə ilə çıxış edib.

İ. Əzizov həmçinin, Ukrayna Aqrar Elmləri Akademiyasının Odessa şəhərində yerləşən Seleksiya və Genetika İnstitutunun seminarında çıxış edib, ölkəmizdə bu sahədə akademik C.Əliyevin rəhbərliyi altında görülmüş işlər haqqında məlumat verib.

Tədbirdə gələcək elmi əməkdaşlığa dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: