Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Coğrafiya İnstitutu vakant yerlər üzrə müsabiqə elan edir
20.09.2016 11:34
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutu vakant yerlər üzrə müsabiqə elan edir

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Turizm və rekreasiya coğrafiyası, Tibbi coğrafiya, Xəzər dənizinin hidrometeorologiyası, Xəzər dənizinin səviyyə problemi, Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası, Xəzər dənizinin monitorinqi, Geomorfologiya və təbii risklər, Geoinformatika və kartoqrafiya şöbələrində şöbə müdiri vəzifəsi üzrə vakant yerlərə müsabiqə elan edir.

Müsabiqədə göstərilən şöbə müdiri vəzifələrinə yalnız müvafiq sahələr üzrə elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi olanlar iştirak edə bilər. Sənədlər elan dərc olunandan bir ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115, AMEA-nın əsas binası, Coğrafiya İnstitutu, 8-ci mərtəbə.

Tel.: (+99412) 539 33 21

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: