www.science.az
20.09.2016 09:40

Azərbaycanlı alim Almatıda beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Qazaxıstan Coğrafiya İnstitutunun dəvəti ilə sentyabrın 22-dən 24-dək Almatı şəhərində səfərdə olacaq.

Alim “Mərkəzi Asiyanın su ehtiyatları və onlardan istifadə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edəcək. Tədbir Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Həyat üçün su” onilliyinin nəticələrinə həsr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.