Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
19.09.2016 16:12
  • A-
  • A
  • A+

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

3 oktyabr 2016-cı il tarixində saat 11:00-da AMEA-nın Əsas binasının Dairəvi zalında Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutları və Mərkəzi Nəbatat Bağının təşkilatçılığı ilə keçiriləcək tədbirdə məqsəd respublikada botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək, müasir vəziyyəti qiymətləndirmək və biomüxtəlifliyin saxlanılmasında innovativ botaniki tədqiqatların rolunu müəyyənləşdirməkdir.

Tədbirdə 9 ölkədən 30-dan çox nümayəndə iştirak edəcək.

4 oktyabr tarixinədək davam edəcək konfransda “Botaniki tədqiqatların tarixi və müasir vəziyyəti”, “Botanika bağlarının biomüxtəlifliyin saxlanmasında rolu”, “Qlobal ekoloji dəyişikliklər aləmində bitkilər”, “Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik” bölmələri üzrə məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid pros., 115

Tel.: (+994 12) 502 4394, 497 0994, 538 1164

Faks: (+994 12) 4970994

E-mail: direktor@botany.science.az, elnaraorujova@gmail.com, i_guseinova@mail.ru, v.farzaliyev@yahoo.co.uk

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: