www.science.az
29.01.2014 00:00

Bp şirkətinin nümayəndəsi AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olub

Bp şirkətinin struktur geologiya üzrə mütəxəssisi Qulyamo Bakke AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub. Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli ilə keçirilən görüşdə qonağa 20 dekabr 2013-cü il tarixində Qobustan rayonunda Şıxzəhirli vulkanının püskürməsi zamanı RSXM-in bir neçə seysmik stansiyaları tərəfindən çəkilmiş video və onun zəlzələlərlə əlaqəsinə dair materiallar təqdim olunub. Görüşdə palçıq vulkanları ilə zəlzələlər arasındakı əlaqələrin öyrənilməsi istiqamətdə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, görüşdə AMEA Geologiya İnstitutunun nümayəndələri də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.