www.science.az
16.09.2016 16:29

“Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri” kitabı çapdan çıxıb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarının “Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri” kitabı çapdan çıxıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədovun redaktorluğu ilə nəşr olunan kitabın müəllifləri - coğrafiya elmləri doktoru  Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Nizami ƏyyubovQabil SəmədovRövşən Kərimov, Etibar Bədəlov və Məmməd Sadıqovdur.

Yeni nəşr “Ərazinin məskunlaşmasının təbii-iqtisadi şəraiti və tarixi-coğrafi inkişafı”, “Əhalinin demoqrafik göstəricilərinin dinamikası və müasir vəziyyəti”, Şəhər əhalisinin məskunlaşması və təkmilləşdirilməsi istiqamətləri” və “Kənd əhalisinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri” mövzuları üzrə xəritə və cədvəllər əsasında tərtib edilib.

Əsərdə Azərbaycanın şimal-qərb regionunda əhalinin məskunlaşmasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər, onun nizamlanması istiqamətləri təhlil olunur.

Kitab əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəb tələbələri (bakalavrlar və magistrlər), regional planlaşdırma ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.