Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Turan Cavidsiz keçən 12 il
14.09.2016 09:46
  • A-
  • A
  • A+

Turan Cavidsiz keçən 12 il

Sentyabrın 12-də böyük şair və dramaturq Hüseyn Cavidin qızı, muzeyşünas, teatrşünas, mətnşünas Turan Cavidin vəfatından 12 il ötür. Bu məqsədlə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Turan Cavidsiz keçən 12 il” adlı anım mərasimi keçirilib.

Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük ziyalı Turan Cavidin zəngin, mənalı həyat və fəaliyyətindən danışıb. Qeyd edilib ki, Turan Cavidin atası, böyük ədib Hüseyn Cavidin irsinin toplanılmasında, tədqiq və təbliğində əvəzsiz xidmətləri olub.

Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin irsinə böyük əhəmiyyət verdiyini xatırladan G.Babaxanlı vurğulayıb ki, Cavidlər irsinin tədqiqi və təbliği ilə bağlı muzeydə çox önəmli tədbirlər keçirilir.

Sonra muzeyin Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva filologiya elmləri doktoru Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür salnaməsi” kitabı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Turan Cavidin həyat və yaradıcılığına işıq tutan bu nəşrdə onun ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın mətn, 300-dən artıq foto və sənəd yer alıb.

Tədbirdə Turan Cavidə məxsus əşyaları və sənədləri əks etdirən virtual sərgi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: