www.science.az
06.09.2016 12:16

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Milli Azərbaycan Tarixi Muzeyində olub

Ölkəmizdə səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyası prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti AMEA Milli Azərbaycan Tarixi Muzeyində olub.

Qonaqlara Azərbaycanın ulu keçmişini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Ekspozisiyada yəhudilərə aid bölmə qonaqların xüsusi marağına səbəb olub.

Azərbaycanın məşhur xeyriyyəçi və neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinə də ekskursiya edən qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.