www.science.az
06.09.2016 09:56

“Naxçıvan Muxtar Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi-coğrafi problemləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi, c.ü.f.d. Hicran Tahirovanın “Naxçıvan Muxtar Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi-coğrafi problemləri” adlı monoqrafiyası çapdan çıxıb.

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn kitab əhali miqrasiyasının öyrənilməsinin əhəmiyyəti və nəzəri metodoloji əsasları, NMR-ın demoqrafik potensialı və onun əsas inkişaf meylləri, NMR-də müasir miqrasiya proseslərinin ərazi fərqləri və NMR-də miqrasiya siyasətinin əsas istiqamətləri başlıqları ilə 4 fəsildən ibarətdir. 

Müəllif əsərində NMR-də demoqrafik proseslərin inkişaf xüsusiyyətlərini və bu prosesə təsir edən miqrasiyanın iqtisadi-coğrafi aspektlərini araşdırmış, daxili və xarici miqrasiya proseslərinin istiqamət və səbəblərini müəyyənləşdirmiş, bu sahədə yaranan problemlərin aradan qaldırılması və nizamlanması məqsədilə müvafiq təklif və tövsiyələr hazırlamışdır.

Monoqrafiya uyğun sahədə tədqiqat işləri aparan elmi işçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.