Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Tarixi Muzeyində etnoqrafik materiallar bərpa olunub
05.09.2016 09:10
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində etnoqrafik materiallar bərpa olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi milli sərvətlərimizin qorunmasında və bərpasında mühüm missiyanı həyata keçirir.

Bu yaxınlarda bərpaçılar tərəfindən etnoqrafik materiallar - milli geyimlər bərpa olunub əvvəlki görkəminə qaytarılıb. Bərpa olunan eksponatlar etnoqrafiya fondunda qorunan və ekspozisiyada nümayiş edilən milli geyim nümunələrindən olan arxalıq və tumanlardır. XIX əsrə məxsus Qarabağ, Bakı, Naxçıvan bölgələrində istifadə olunan milli geyimlərimiz zamanın təsirindən pis vəziyyətə düşüb və öz keyfiyyətini itirib. Parçanın üzəri süzülüb, yırtılıb və sapları çürüyüb sökülüb. Muzeyin bərpaçıları ciddi zərər görən eksponatları canlandırıb, onları əvvəlki görkəminə qaytarıblar. Arxalıq və tumanlar gözəmə üsulu ilə bərpa və konservasiya olunub. Azərbaycanın milli mədəni irsinin qorunmasında və təbliğində milli geyimlərimizin bərpa və konservasiyası mühüm əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: