www.science.az
30.08.2016 11:05

Akademik Fəxrəddin Qədirov Avropa Seysmoloji Komissiyasının 35-ci Baş Assambleyasında iştirak edəcək

AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov sentyabrın 1-də İtaliya Respublikasına ezam olunacaq. Məqsəd Avropa Seysmoloji Komissiyasının İtaliyanın Trieste şəhərində keçiriləcək 35-ci Baş Assambleyasında iştirak etməkdir.

Tədbirdə F.Qədirov "Qravitasiya sahəsində variasiyalar, qabarma-çəkilmələr və zəlzələlər ( Böyük Qafqaz, Azərbaycan)” mövzusunda məruzə ilə çıxış edəcək.

Səfər 13 sentyabr tarixinədək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.